24 
Fev
2022
14:24
391

XİN Ukraynada olan Gürcüstan vətəndaşlarına müraciət edir

Ukraynadakı vəziyyəti nəzərə alaraq, Gürcüstanın Ukraynadakı diplomatik qurumları fövqəladə rejimdə  fəaliyyətlərini davam etdirir.


lnterPress.ge xəbər verir ki,  bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xarici İşlər Nazirliyi Ukraynadakı vətəndaşları Ukrayna hökumətinin tövsiyələrinə əməl etməyə çağırır.

“Qaynar xətt həm Xarici İşlər Nazirliyində, həm də Gürcüstanın Ukraynadakı diplomatik qurumlarında 24 saat işləyir və vətəndaşlar təhlükəsizlik tədbirləri ilə bağlı müvafiq tövsiyələr alırlar. Biz Ukraynadakı Gürcüstan vətəndaşlarını yerlərdə təhlükəsizlik tədbirləri ilə bağlı Ukrayna hökumətinin tövsiyə və xəbərdarlıqlarına qulaq asmağa və onlara əməl etməyə çağırırıq”, - deyə XİN-in bəyanatında bildirilir

Agentlik həmçinin Kiyev və Odessadakı səfirliklərin əlaqə məlumatlarını da yayıb:

Gürcüstan səfirliyi, Kiyev: +380 (63) 376 77 68; +380 (44) 590 69 50; +380 (93) 544 01 47;

Baş Konsulluq, Odessa: + 380 (63) 176 75 55; +380 (93) 761 17 17;

Xarici İşlər Nazirliyi: +995 (32) 2 94 50 50

Bizimlə əlaqə saxlayın