24 
Fev
2022
11:41
6160

Baş nazirdən peyvəndlə bağlı açıqlama: "Buster dozasının mənası yoxdur"

''Keçən ilin bu vaxtında, baş nazir təyin olunanda, bildiyiniz kimi, iqtisadiyyatı çox tez və daha yaxşı inkişaf etdirdim,  yaxşı ki, bunu etdim, çox insana qulaq asmadım və haqlı çıxdım''.

lnterPress.ge xəbər verir ki,  bu barədə  Gürcüstanın baş naziri İrakli Ğaribaşvili bildirib.

Hökumət başçısı iqtisadiyyatın canlandığını, hər şeyin yenidən işləməyə başladığını qeyd edib.

"Məni peyvəndlərə görə tənqid edirlər və məni peyvənd əleyhinə adlandırırlar. 5 milyon peyvəndi xaricdən gətizdirən mən idim.  İki dəfə Pfizer dozası ilə peyvənd olunmağıma baxmayaraq mən iki dəfə kovid virusuna yoluxdum. Dünyanın aparıcı alimlərinə qulaq asın, onlar heç omikronun əslində nə olduğunu bilmirlər. Bu əslində pandemiyanın sonunun başlanğıcıdır. Peyvəndin omikron üzərində heç bir təsiri yoxdur və  ştamın hələ də vaksinin yaratdığı immuniteti və antikorları pozması bunu  təsdiqləyir.  Bunu mən demirəm, professor Fauk və bir çox başqa həkim və ya elm adamı deyir. Mən əhaliyə bir daha izah etmək istəyirəm - mən peyvəndin əleyhinə deyiləm, realistəm və həqiqətin tərəfdarıyam. Mən əhaliyə yalan danışa bilmərəm və əhali məni yaxşı tanıyır, əhalinin əlavə izahata ehtiyacı yoxdur, dünyada baş verənləri hamı izləyir, təhlil edir.  Mən dedim ki, bizim vəzifəmiz o olmalıdır ki, yaşı 50-dən yuxarı olan vətəndaşlarımızı, xüsusən də yaşlı və xroniki xəstəlikləri olan vətəndaşlarımıza diqqət  yönəltmək lazımdır. Peyvənd olunanlar , təbii ki, daha asan keçirir. Məsələn, mən omikrona yoluxanda , cəmi iki gün ərzində bəzi simptomlar var idi  və mən çox yüngül keçirdim, amma bəziləri daha çox çətinlik çəkə bilər. Bu gün ölkədə milyonlarla peyvəndimiz var, mən əhaliyə seçim haqqı vermişəm. Mən qəti şəkildə dedim ki, burada məcburi peyvənd olmayacaq, biz vətəndaşların azad seçim etmək imkanlarını məhdudlaşdıra bilmərik”, -  deyə baş nazir bildirib.

Baş nazir Ğaribaşvili  buster dozası ilə peyvənd olub- olmayacağı sualına cavab verib ki, buster dozasının mənası yoxdur.

''Adını deməyəcəm bir nazir dörd dəfə peyvənd olundu, amma yenə də omikrona yoluxdu. Onda mənə nə baş verdiyini izah edin! Mən haqlıyam ?! Əgər iki dəfə Pfizer ilə peyvənd olunmasaydım , omikron-u keçirməkdə çətinlik çəkmə ehtimalım kifayət qədər yüksək olardı", - deyə Ğaribaşvili bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər