24 
Fev
2022
10:43
277

Gürcüstanda koronavirusla bağlı son vəziyyət açıqlandı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 8 455 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 1 584 454 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 18 206 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 1 447 969 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 41 nəfər ölüb və ölənlərin ümumi sayı 16 022 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər