24 
Fev
2022
09:47
1977

Putin dünyaya hədə- qorxu gəldi- Kimsə müdaxilə etsə...

Rusiya prezidenti Vladimir Putin Kremlin hərəkətlərini əngəlləmək qərarına gələn bütün ölkələri hədələyib.

Onun sözlərinə görə, Rusiyanın bu ölkəyə və onun xalqına müdaxilə etməli və ya hər hansı təhlükə törətməsinə qərar verənlər bilməlidirlər ki, rəsmi Moskvanın cavabı ani olacaq və bu ölkələrə öz tarixlərində heç vaxt yaşamadıqları nəticələr verəcək.

“Kənardan gedən proseslərə müdaxilə etmək həvəsinə düşə bilənlər üçün çox vacib sözlərim var. Bizi dayandırmağa cəhd edən, üstəlik, ölkəmizə, xalqımıza hər hansı təhlükə törədəcək hər kəs bilməlidir ki, Rusiyanın cavabı dərhal olacaq və sizin tarixinizdə heç vaxt yaşamadığınız nəticələrə gətirib çıxaracaq. Biz istənilən inkişafa hazırıq. Artıq bu istiqamətdə bütün lazımi qərarlar qəbul edilib. Ümid edirəm ki, sözlərim eşidiləcək", - Putin bildirib.

Bizimlə əlaqə saxlayın