1921-ci ilin fevralında Kocor-Tabaxmela yaxınlığında həlak olan kursantların xatirəsini ehtiramla yad edildi
"Bu insanların qəhrəmanlığı hər bir vətəndaşımız üçün, bütövlükdə ölkə üçün örnək olmalıdır".
lnterPress.ge xəbər verir ki, bu barədə partiyanın Gürcüstan üzrə sədr müavini Qiorqi Xocevanişvili bildirib.
Partiyanın Gürcüstan üzrə sədr müavini Qiorqi Xocevanişvili, Tbilisi Şəhər Şurasının üzvləri Zaza Tavadze, Qiorqi Şaraşidze və Salome Kobaladze 1921-ci ilin fevralında Kocor-Tabaxmela yaxınlığında həlak olan kursantların xatirəsini ehtiramla yad ediblər.
“Qeyd edək ki, nə qədər ki, ölkəmizin 20 faizi işğal olunub, nə qədər ki, işğal xəttindən kənarda və nəzarət etdiyimiz ərazidə yaşayan insanlar işğaldan doğan problemlərlə üzləşirlər biz tam olaraq eyni döyüşdəyik. Ona görə də biz işğala son qoymaq, ərazi bütövlüyümüzü bərpa etmək üçün çox çalışmalıyıq”, - deyə Xocevanişvili bildirib.


