23 
Fev
2022
14:34
359

Milli Qida Agentliyi baytarlıq nəzarətində olan 12 obyekti cərimələyib

Milli Qida Agentliyi baytarlıq nəzarətində olan 12 obyekti cərimələyib.

lnterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Qida Agentliyi yayıb.

 Məlumata görə Milli Qida Agentliyinin müfəttişləri baytarlıq nəzarətində olan obyektlərə baxış keçirir. Quriya və Acarada 49 obyektdə, o cümlədən baytarlıq aptekləri, baytarlıq klinikaları və pet mağazalarında dövlət nəzarəti həyata keçirilib.

Obyektlərin əksəriyyəti müəyyən edilmiş tələblərə cavab verirdi. Yararlılıq müddəti ötmüş dərman vasitələrinin etiketlənməsi, saxlanması və satışı qaydalarının pozulmasına, habelə təsərrüfat fəaliyyətinin reyestrində qeydiyyata alınmamasına görə 12 obyekt cərimələnib. Milli Qida Agentliyi bu il də ölkə üzrə baytarlıq  nəzarətində olan obyektlərdə aktiv yoxlamaları davam etdirir. Bütün obyektlərin yoxlanılması və yoxlamaların sayının artırılması nəzərdə tutulur. Bu nəzarət keyfiyyətsiz və saxlama müddəti ötmüş dərman vasitələrinin şəbəkədən çıxarılmasını asanlaşdırır, əhalinin və fermerlərin maraqlarını qoruyur. 

2021-ci ildə 628 dövlət nəzarəti həyata keçirilib, onlardan 144-də uyğunsuzluq aşkar edilib, agentlik tərəfindən qanunla nəzərdə tutulmuş sanksiyalar tətbiq edilib”, -  deyə məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın