23 
Fev
2022
13:33
505

Kaxa Kaladze: "Söz veririk ki, yaxın 4 ildə heç bir ailə evsiz qalmayacaq"

Hazırda evsiz qalan 400-ə qədər ailə bələdiyyə yaşayış evləri ilə təmin olunacaq - Söz veririk ki, yaxın 4 ildə  evsiz ailə qalmayacaq.

 lnterPress.ge xəbər verir ki, bu barədə paytaxtın hökumət iclasında Tbilisi meri Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, bu il 60-a yaxın ailə yaşayış evləri ilə təmin olunacaq.

“Biz seçkilər zamanı çox mühüm proqram elan etdik, bu, evsiz Tbilisililərə aiddir. Mən və komandam bu problemi həll etmək üçün əlimizdən gələni edəcəyik. Hazırda evsiz qalan 400-ə qədər ailə bələdiyyə yaşayış  evləri ilə təmin olunacaq. Biz təbii ki, bütün vədlərimizi vicdanla yerinə yetirəcəyik. İctimaiyyətə təqdim etdiyimiz yazılı proqram və plana ardıcıl şəkildə əməl edəcəyik.

Bu gün biz 8 ailəni yaşayış evləri ilə təmin edəcəyik və bu il bir neçə onlarla, təqribi 60-a yaxın ailə bələdiyyə yaşayış evləri ilə təmin olunacaq. Söz veririk ki, yaxın 4 ildə heç bir ailə evsiz qalmayacaq. Biz dövlət torpaqlarını saxtakarlıqla zəbt edən konkret qruplara deyil, həqiqətən ehtiyacı olan evsiz-eşiksiz ailələrə dəstək olmaq üçün əlimizdən gələni edirik. Biz heç bir halda buna imkan verməyəcəyik və  bələdiyyədən hər zaman müvafiq cavab olacaq. Biz torpaqlarımızı da, dövlətimizi də , cəmiyyətimizi də , hər kəsi qoruyacağıq. Bizim hərəkətlərimiz qanun çərçivəsindədir və ən əsası ədalətdir. Biz hərkəsə və hər şeyə ədalətlə yanaşırıq", - deyə Tbilisi meri deyib.

Bizimlə əlaqə saxlayın