Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idi
TVCANLI

Azərbaycanın təhsil naziri Gürcüstanda müzakirə etdiyi məsələlərdən danışıb

410
Azərbaycanın təhsil naziri Gürcüstanda müzakirə etdiyi məsələlərdən danışıb
Dinləmək üçün basın

Azərbaycanın təhsil naziri Emin Əmrullayev Gürcüstana üçgünlük rəsmi səfəri çərçivəsində apardığı müzakirələri məhsuldar kimi qiymətləndirib.

Azərbaycanın təhsil naziri Emin Əmrullayev Gürcüstana üçgünlük rəsmi səfəri çərçivəsində apardığı müzakirələri məhsuldar kimi qiymətləndirib.

InterPress.ge xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib.

Nazir Gürcüstandakı azərbaycandilli məktəblərin problemləri ilə də tanış olduğunu qeyd edib: “Bir daha şahid oldum ki, Gürcüstan-Azərbaycan əlaqələri yüksək səviyyəddədir. Dövlət rəsmiləri və yerli mütəxəssislərlə Azərbaycan dili müəllimlərinin hazırlığı, dərsliklərlə bağlı əməkdaşlıq, azərbaycandilli məktəblərin bədii ədəbiyyatla təmin olunması kimi məsələlərlə bağlı maraqlı müzakirələr aparıldı. Belə nəticəyə gəldik ki, məsələlərin həlli Azərbaycanın Təhsil Nazirliyi və ali təhsil müəssisələrinin iştirakı ilə mümkün ola bilər. Hər iki ölkənin təhsil nazirliklərinin nümayəndələri bu istiqamətdə imzalanmış saziş çərçivəsində daha konkret addımlar ata biləcəklər”.

E.Əmrullayev vurğulayıb ki, Gürcüstanın Təhsil və Elm Nazirliyi ilə daha sıx əlaqələrin qurulması, təhsil və elm sahəsində əməkdaşlığın daha yaxşı koordinasiyası üçün bu ölkədə Azərbaycanın Təhsil İnstitutu və ya digər dövlət qurumunun nümayəndəsinin təyin olunması məsələsinin də nəzərdən keçirilməsi mümkündür.

Təhsil naziri əlavə edib ki, müzakirələr zamanı Azərbaycanla Gürcüstan arasında elm adamları və tədqiqatçıların mübadiləsi, yay məktəblərinin təşkili məsələlərinə də toxunulub: “Aprel-may aylarında gürcüstanlı alimlərin Azərbaycana səfərinin təşkili də təklif olunub. Bu səfərin baş tutacağına ümid edirəm. Azərbaycanlı və gürcü gənclər arasında mübadilənin bir az da artırılması təklifini də irəli sürdük. Fürsətdən istifadə edib həmkarlarıma tələbə gəncləri Azərbaycana daha çox göndərməyi, Gürcüstanın ictimaiyyət nümayəndələri və alimlərinin, gənclərinin “Şuşa ili” çərçivəsində işğaldan azad olunmuş torpaqlarımıza daha çox səfərlərinin təşkil olunmasını da təklif etdim. Bu təşəbbüslərin həyata keçəcəyinə inanıram”.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırSon xəbərlərə bax →