Qoridə orta yaşlı kişiyə çoxsaylı xəsarətlər yetirilib
Qoridə 45 yaşlı kişi yaralanıb. Xəsarət alan şəxsin bədənində küt alətlə çoxsaylı xəsarətlər var.Yaralı təcili yardım briqadası tərəfindən klinikaya aparılıb.
lnterPress.ge xəbər verir ki, bu barədə, "Gormedi" həkimi Davit Qasitaşvili bildirib.
"O, klinikaya daxil olanda xəstənin başında, boynunda və yuxarı ətraflarında 10-dan çox kəskin yara olub.Xəstəyə təcili cərrahi yardım göstərilib, hazırda onun səhhətinin vəziyyəti stabildir, xəstə reanimasiya şöbəsinə yerləşdirilib”, - deyə Davit Qasitaşvili bildirib.
Hadisə yerində hüquq-mühafizə orqanları işləyir.
Hadisənin səbəbi hələlik məlum deyil.
Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd edən 19-108-ci maddəsi ilə istintaq başlayıb.


