Məktəblərə tətbiq olunmuş öhdəliklər qüvvədə qalır
Təhsil müəssisələrində - məktəblərdə, peşə məktəblərində və ali təhsil müəssisələrində termoskrininq və dezinfeksiya məhlullarından istifadə də daxil olmaqla təhlükəsiz ətraf mühitin təmin edilməsi üçün nəzərdə tutulmuş qaydalar, həmçinin maska taxmaq qaydası da qüvvədə qalır.
lnterPress.ge xəbər verir ki, bu barədə Təhsil və Elm Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, bundan əlavə, müəllim və idarə nümayəndələrinin Covid-19 testindən keçirilməsi davam etdiriləcək. Məlumdur ki, həftədə iki dəfə peyvənd olunmuş müəllimlər iki həftədən bir PCR testi ilə , bir dəfə peyvənd olunmuş və ya peyvənd olunmamış müəllimlər isə həftədə bir dəfə sürətli antigen testi ilə testdən keçirlər.
“Koronavirusun qarşısının alınması məqsədilə tədris ilinin sonuna kimi məktəblər dezinfeksiyaedici məhlullar, dəsmallar, termosensatorlar və dezinfeksiyaedici vasitələrlə tam təmin olunub.
Eyni zamanda, müəllim və tələbələr üçün təhlükəsiz mühitin təmin edilməsi məqsədilə Təhsil və Elm Nazirliyinin nümayəndələri Tbilisidə və Gürcüstanın bütün regionlarında məktəblərdə davamlı olaraq monitorinqləri davam etdirirlər.
Məlum olduğu kimi, ölkə üzrə məktəblərdə tədris prosesi hələ də qarışıq formatda davam edir. Təhsil və elm naziri Mixail Çxenkelinin qərarına əsasən,tələbələrin valideynlərinin distant təhsil formatını seçmək imkanı var”, - deyə məlumatda bildirilir.


