22 
Fev
2022
12:56
5056

Bu məhdudiyyət aradan götürüldü

Qurumlararası Koordinasiya Şurasının qərarına əsasən, sosial tədbirlər, o cümlədən toy və şənliklər zamanı insanların maksimum sayına qoyulan məhdudiyyət aradan qaldırılacaq.

InterPress.ge xəbər verir ki, bu barədə İdarələrarası Koordinasiya Şurasının Əməliyyat Qərargahının rəhbəri Giorgi Qibradze məlumat verib. 

Onun sözlərinə görə, bir tədbirlərdə qapalı məkanda 10, açıq yerdə isə 15 nəfər iştirak edəcək.

“Qapalı məkanda bir masada oturmağa icazə verilən adamların sayını  6-dan 10-a, açıq məkanda isə mövcud 10 deyil, 15 nəfərə çatdırmaq qərarına gəldik. Maksimum qonaq sayına qoyulan məhdudiyyət də qaldırılıb. Sosial tədbirlərə gəlincə - 10 nəfər qapalı məkanda masa arxasında, 15 nəfər açıq yerdə - şənlik, ad günü, toy, yas və s. kimi sosial tədbirlər keçirmək mümkün olacaq, - Giorgi Ğibradze bildirib.

Bizimlə əlaqə saxlayın