22 
Fev
2022
12:30
463

Polis Tiflis dənizi yaxınlığındakı binaların birində din xadiminə təcavüz edən şəxsi saxlayıb

Polis Tiflis dənizi yaxınlığındakı binaların birində din xadiminə təcavüz edən şəxsi saxlayıb.

lnterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Daxili İşlər Nazirliyinin Tbilisi İstintaq Baş İdarəsinin əməkdaşları aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1987-ci il təvəllüdlü şəxsi saxlayıblar.

O, zorakılığa görə təqib olunmaqda, habelə şəxsi həyat sirlərini qanunsuz olaraq əldə edib sosial şəbəkələrdə yaymaqda ittiham olunur.

İstintaq müəyyən edib ki, V.Q bu il fevralın 18-də Tbilisi dənizi yaxınlığındakı binalardan birində R.M.-yə fiziki təzyiq göstərib.

Zorakılığın görüntüləri daha sonra “Facebook” sosial şəbəkəsində yayılıb”, - deyə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Zorakılıq yolu ilə həyata keçirilən təqib, o cümlədən şəxsi həyatın sirrinin qanunsuz əldə edilməsi və sosial şəbəkələr vasitəsilə yayılması faktını nəzərdə tutan Gürcüstan Cinayət Məcəlləsinin 156-cı maddəsinin 2-ci hissəsinin A bəndi, 157-ci maddəsinin 1-ci və 2-ci hissələri ilə araşdırılır.

Xatırladaq ki, ötən gün sosial şəbəkədə din xadimlərinin qarşıdurmasının videosu yayılıb. Gürcüstan Patriarxlığından verilən məlumata görə, sosial şəbəkədə yayılan rahiblər arasında qarşıdurmanın videogörüntülərində rahib kimi göstərilən şəxslərin heç biri rahib deyil və onlar itaətkardırlar. Gürcüstan Patriarxlığı qeyd edir ki, kilsə adına törədilən bu cür hərəkətlər qətiyyən yolverilməzdir, xristianlığa zidd və əxlaqsızlıqdır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər