22 
Fev
2022
11:23
257

Külli miqdarda aksizsiz malın daşınmasında şübhəli bilinən iki nəfər saxlanıldı

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları aksizli malların  aksiz markası olmadan  saxlanması və daşınması faktı üzrə iki nəfəri saxlayıblar.

lnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat verib.

Qurumun məlumatına görə, istintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxslər qanunsuz maddi gəlir əldə etmək məqsədi ilə külli miqdarda aksizsiz siqaretləri öz istifadələrində olan avtomobillə Tbilisiyə aparıblar və bu zaman onlar ifşa edilib.

“Araşdırma nəticəsində 1957 qutu aksizsiz siqaret, habelə yüklərin daşınmasında istifadə olunan nəqliyyat vasitəsi götürülüb.

Müsadirə edilən aksizsiz siqaretlərin bazar dəyəri 8610 laridir.

 Gürcüstan Cinayət Məcəlləsinin 200-cü maddəsinin 4 ildən 6 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan 2-ci hissəsi ilə araşdırma aparılır”, - deyə İstintaq Xidmətindən bildirilib.

Bizimlə əlaqə saxlayın