22 
Fev
2022
10:52
528

Gürcüstanda koronavirusla bağlı son statistika açıqlandı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 12 101 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 1 565 769 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 14 764 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 1 422 540 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 45 nəfər ölüb və ölənlərin ümumi sayı 15 933 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər