02 
Iyn
2020
10:17
3473

Gürcüstanda hansı məhdudiyyətlər qüvvədədir? - tam SİYAHI

Gürcüstan hökuməti koronavirus pandemiyası səbəbi ilə qoyulmuş məhdudiyyətləri aradan qaldırmağa davam edir.

InterPress.ge məlumat verir ki, İyunun 1-dən ölkədə aşağıdakı məhdudiyyətlər qüvvədə qalmağa davam edir:

- Tetritskaro rayonu və Bolnisi bölgəsində iki kənd karantində qalır: Musevani (Dəllər) və Geta (Aşağı Güləver).

- Qapalı məkanlarda, dövlət qurumlarında, ofis və dükanlarda, maskalardan və sosial məsafədən istifadə etmək lazımdır.

- İctimai nəqliyyatda qoruyucu maskalar olmadan hərəkət etmək və kondisionerləri yandırmaq olmaz.

- 8 iyun tarixinə qədər şəhərlərarası, quru yola, dəniz və hava nəqliyyatında məhdudiyyət mövcuddur və qapalı restoran və barların istifadəsi qadağandır.

- Mədəni və idman tədbirləri keçirmək qadağandır.

- Ənənəvi ictimai tədbirlərdə (toylar, anımlar, yubileylər və s.) 10-dan çox insanın toplaşması qadağandır.

- Təlimlər, konfranslar və seminarlar uzaqdan aparılmalıdır.

- Məktəblərdə və universitetlərdə tədris prosesi uzaqdan həyata keçirilir.

- Onlayn istisna olmaqla, kazino işlərinin qadağan edilməsi davam edir.

- Valyutadəyişmə məntəqələrinin fəaliyyəti qadağandır.

- Taksi sürücüləri maska ​​taxmalı, taksiyə iki nəfərdən çox sərnişin olmaz, arxa oturacaqda oturmalıdırlar.

- İzdihamlı yerlərdə otaqdan hava alan, sərinləyən və geri qaytaran split sistemlərin kondisionerlərindən istifadə edilə bilməz. Kondisioner və havalandırma sistemlərini birləşdirən sənaye kondisionerlərinin istifadəsinə icazə verilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər