21 
Fev
2022
20:59
982

Gürcüstanda azərbaycandilli məktəblərin sayının azalmasının səbəbləri açıqlanıb

Azərbaycanın təhsil naziri Emin Əmrullayev Gürcüstanda azərbaycandilli məktəblərin sayının azalmasının səbəblərini açıqlayıb.

InterPress.ge xəbər verir ki, nazir bunun demokqrafik səbəblərə görə, eləcə də valideynlərin seçimindən asılı olduğunu qeyd edib:

“Bu məsələnin dünənki görüşlərdə də, bu gün də müzakirəsi oldu. Başa düşmək lazımdır ki, məktəbin sayına və keyfiyyətinə təsir edən müxtəlif amillər var. Valideynlərin seçimi, miqrasiya, məktəblərin vəziyyəti, məktəbdəki müəllimlərin sayı bəzi hallarda, bu tipli qərarlara təsir edir. Bunu da başa düşmək lazımdır ki, Gürcüstanda ümumiyyətlə məktəblərin sayı son illərdə azalıb”.

Nazir qeyd edib ki, hazırda milli kimliyindən asılı olmayaraq hər bir şagirdin keyfiyyətli təhsilə cəlb edilməsi prioritet götürülməlidir: "Bu məqsədlə Gürcüstan tərəfi ilə azərbaycandilli məktəblərdə təhsilin keyfiyyətinin artırılması ilə bağlı istər müəllimlər, istər dərslik mövzusu ilə bağlı müzakirə aparılıb".

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər