Milli Hərəkat tərəfdarlarının toplaşdığı Tbilisi Şəhər Məhkəməsinin həyətində hüquq-mühafizə orqanları ilə etirazçılar arasında qarşıdurma olub.
lnterPress.ge xəbər verir ki, hüquq-mühafizə orqanları etirazçılardan birini saxlayıb. Fəallar hüquq-mühafizə orqanlarının onu saxlamasına mane olublar.
“Onlar qışqırmağa başladılar ki, itiniz niyə həyətdədir və onu tutmağa başladılar. Əgər icazə yoxdursa normalda itin içəri girə bilməyəcəyini bildirən lövhə asılmalıdır”, - deyə etirazçı Qiorqi Mumladze bildirib.
