21 
Fev
2022
16:05
1510

Mixeil Saakaşvili: "Mənim də rahat yaşamaq seçimim var idi, bundan imtina edib bura gəldim"

''Bu tək mənim  məsələm deyil, bu həmçinin saxta  sistemin öz vətəndaşlarına necə münasibət bəsləməsi ilə bağlı  seçim etmək məsələsidir''. 

lnterPress.ge xəbər verir ki,  bu barədə Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili 7 noyabr işi ilə bağlı məhkəmədə deyib.

Saakaşvilinin qeyd etdiyinə görə, onun başına gələnlər planlaşdırılmış əlillik və qətl prosesidir. Onun  sözlərinə görə, bütün nəticələr bunu təsdiqləyir.

“Mənim üçün bu, vətəni itirmək və qorxu içində ölmək arasında seçimdir. Mənim də rahat yaşamaq seçimim var idi, bundan imtina edib bura gəldim, xalqımızın hərəkət və hərəkətsizlik arasında seçim hüququ var. Hər üçüncü şəxsin sosial  müavinət tələb etdiyi ölkədə siyasətçilərin şəxsi ambisiyaları ilə birlik arasında 
seçim etmək imkanı var.

Sağlamlığıma gəlincə, mənim başıma gələnlər normal olaraq planlaşdırılmış əlillik və qətl prosesidir. Bu, İctimai Müdafiə Şurasının, Empatiya Mərkəzinin gəldiyi qənaətdir”, -  deyə Saakaşvili bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər