21 
Fev
2022
14:21
477

Keçmiş din xadiminə qarşı zorakılığı əks etdirən video yayıldı

Sosial şəbəkədə Ruis-Urbnisi yeparxiyasından qovulmuş din xadiminə  bir şəxsin zorakılığını əks etdirən video yayılıb.

lnterPress.ge xəbər verir ki, videoda İlarion Qriqalaşvilinin adıçəkilən yeparxiyada rahib olan, lakin yeparxiyadan və dini həyatdan məhrum edilmiş Roin Mumladzeyə fiziki təzyiq göstərdiyi görünür.

Mübahisəyə səbəb Roin Mumladzenin anafora( kahin paltarı) geyinməsi olub.

“Sənə  dedim ki ,kahin paltarı geyinmə, niyə hələ də geyinirsən?”, -  deyə Qriqalaşvili konkret günahda ittiham etdiyi Roin Mumladzeyə müraciət edir.

Mumladze isə öz növbəsində Qriqalaşviliyə cavab verir ki, o, artıq qeyd olunan paltarı geyinməyəcək.

“Məni rahat burax soyunacağam bu paltarı istəmirəm, nəhayət soyunacağam'',- deyə Roin Mumladze cavabında bildirib.

Qeyd edək ki, videoda ata Şalva Kekeliyanın adı da hallanır. Məlum olur ki, o, vaxtilə Roin Mumladze tərəfindən məhkəməyə verilib.

Bizimlə əlaqə saxlayın