21 
Fev
2022
13:27
492

2022-ci ilin yanvar ayında Gürcüstandan mal ixracının həcmi artıb

2022-ci ilin yanvar ayında Gürcüstandan mal ixracının həcmi (bəyan olunmamış ixrac istisna olmaqla) 331,3 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 47,6% çoxdur.

lnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsi məlumat verib.

Daxili ixrac (təkrar ixrac olmadan) ümumi ixracın 69,9%-ni təşkil edərək, ötən ilin müvafiq dövrü ilə müqayisədə 39,1% artaraq 231,5 mln. ABŞ dollarına bərabər olub.

İxrac tərəfdaşlarına gəlincə, 2022-ci ilin yanvarında Gürcüstanın ümumi daxili ixracında on ən böyük ölkənin payı 84,9% təşkil edib. Bu baxımdan ən böyük ixrac tərəfdaşları bunlardır: Bolqarıstan (49,5 milyon ABŞ dolları), Rusiya (35,0 milyon ABŞ dolları) və Türkiyə (26,2 milyon ABŞ dolları).

Eyni zamanda, 2022-ci ilin yanvar ayında yerli ixracın ilk onluğunda mis filizləri və konsentratları 66,3 mln. ABŞ dolları ilə bu əmtəə qrupunun payı ümumi yerli ixracın 28,7%-ni təşkil edir.  İkinci yerdə 31,4 mln ABŞ dolları ilə ferroərintilərdir. Üçüncü yeri isə 17,6 mln. ABŞ dolları  ilə azot gübrələri tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər