21 
Fev
2022
11:44
204

Şalva Papuaşvili Konstitusiyanın qəbulu günü münasibətilə xalqı təbrik etdi

Parlamentin sədri Şalva Papuaşvili Gürcüstanın ilk Konstitusiyasının qəbulu günü münasibətilə ictimaiyyəti təbrik edir və bu sənədin Gürcüstanın siyasi sisteminin və xarici siyasət prioritetlərinin müəyyənləşdirilməsi baxımından möhkəm tarixi zəmin yaratdığını qeyd edir.

lnterPress.ge xəbər verir ki,  Papuaşvili bu barədə sosial şəbəkədə yazır. 

 O, bildirir ki, Gürcüstan Konstitusiyasının hazırkı variantı birinci Konstitusiyanın davamıdır və azad, demokratik, Avropasayağı Gürcüstanın əsasıdır.

“Düz 101 il əvvəl, 1921-ci il fevralın 21-də Tbilisinin kənarında şiddətli döyüşlərin getdiyi bir vaxtda Gürcüstan tarixi - azadlıq və demokratiya yolunda möhkəm addım atdı. Sovet işğalının ən böyük təhlükəsi fonunda Müstəqil Gürcüstan Demokratik Respublikasının Təsisçilər toplantısı ölkənin ilk konstitusiyasını qəbul etdi.

Gürcüstanın əsas qanunu dünyada ən mütərəqqi və insan hüquqları yönümlü sənədlərdən biri idi və cəmi bir neçə gün davam etsə də, Gürcüstanın siyasi sistemini və xarici siyasət prioritetlərini müəyyən etmək üçün möhkəm tarixi zəmin yaratdı.

Məhz bu tarixi təcrübə və irs ölkəmizin bu gün qanunun aliliyi, insan hüquq və azadlıqlarının müdafiəsi, gürcü xalqının Avropa ailəsinə qayıtmaq kimi tarixi iradəsinin aydın təminatları prinsiplərinə əsaslanan konstitusiyaya malik olmasına səbəb olmuşdur.

Gürcüstan Konstitusiyasının hazırkı variantı birinci Konstitusiyanın  davamıdır və azad, demokratik, Avropasayağı Gürcüstanın əsasını təşkil edir.

“Gürcüstanın müasir tarixində bu ən mühüm tarix münasibətilə ölkəmizin bütün vətəndaşlarını təbrik edirəm!”, -  deyə Şalva Papuaşvili yazıb.

Bizimlə əlaqə saxlayın