21 
Fev
2022
10:54
503

Gürcüstanda son 24 saat ərzində koronavirusa yoluxma statistikası açıqlandı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 4 775 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 1 553 668 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 19 242 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 1 407 776 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 32 nəfər ölüb və ölənlərin ümumi sayı 15 888 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər