İşğal olunmuş Abxaziya lazım gələrsə, Donbasa hərbi və humanitar yardım göstərməyə hazırdır.
lnterPress.ge xəbər verir ki, bu barədə de-fakto prezidenti Aslan Bjaniya bildirib.
Onun sözlərinə görə, abxaz xalqı bu çətin zamanda Donbas xalqını dəstəkləyir.
“Təəssüf hissi ilə qeyd edirik ki, rəsmi Kiyev açıq şəkildə münaqişənin həlli prosesinə qarşıdır”, - deyə Bjaniya bildirib.
Onun sözlərinə görə, Ukrayna Qərb kuratorlarının təhriki ilə qəsdən bütün regionun təhlükəsizliyinə təhdid yarada biləcək təxribat yaratmağa çalışır.
