20 
Fev
2022
16:26
374

Liza Tras: "Rusiya dayanmayacaq, ən pis ssenariyə hazır olmalıyıq"

Britaniyanın xarici işlər naziri Liz Trasın sözlərinə görə, o, Putinin Ukrayna ilə bağlı dayanmayacağına inanır.

lnterPress.ge xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Diplomatın qeyd etdiyinə görə, Putin Sovet İttifaqına qayıtmaq istəyir. Münhendə keçirilən təhlükəsizlik konfransında Liz Tras müharibəyə hazırlaşmağın zəruriliyini qeyd edib.

“Bu, 1940-cı illərdən bəri Avropanın təhlükəsizliyi üçün ən təhlükəli məqamdır.  Ən pis ssenariyə hazırlaşmalıyıq. Rusiya diplomatiyaya ciddi yanaşmadıqlarını göstərdi”,-  deyə Böyük Britaniyanın Xarici İşlər Naziri bildirib.

Trasın fikrincə, Qərb Moskvanı dayandırmalıdır, əks halda Putin saatı Estoniya və Latviya kimi Baltikyanı ölkələri, Serbiya və Albaniyanın da daxil olduğu Qərbi Balkanları işğal etməklə 1990-cı illərin ortalarına və ya daha əvvələ çəkməyə çalışacaq.

Bizimlə əlaqə saxlayın