20 
Fev
2022
11:53
733

Gürcüstanda koronavirusla bağlı son vəziyyət

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 9 400 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 1 548 893 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 18 770 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 1 388 534 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 34 nəfər ölüb və ölənlərin ümumi sayı 15 856 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər