Tbilisidə bir nəfər saxlanıldı
Tbilisi Polis İdarəsinin Didube-Çuqureti Baş İdarəsinin əməkdaşları aparılan araşdırmalar nəticəsində 1994-cü il təvəllüdlü şəxsi iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd ittihamı ilə saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Cinayət maksimum 16 ildən 20 ilə qədər və ya ömürlük həbs cəzasını nəzərdə tutur.
"İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Tiflis şəhəri, Didube metro stansiyasının yaxınlığında sərxoş vəziyyətdə naməlum şəxslərlə mübahisə edib, bunun zəminində T.B. soyuq silahla 3 nəfəri yaralayıb və hadisə yerindən qaçıb.
Yaralılar tibb müəssisəsinə yerləşdirilib və onlara müvafiq yardım göstərilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 19-109-cu maddəsinin 3-cü hissəsinin a bəndi ilə iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd faktı ilə bağlı araşdırma aparılır.


