Gürcüstan milli valyutası lari ABŞ dollarına qarşı dəyər qazanmaqda davam edir.
InterPress.ge xəbər verir ki, Gürcüstan Mərkəzi Bankının bu gün saat 17:00-da müəyyənləşdirdiyi rəsmi məzənnəyə əsasən, sabah 1 dollar 3.1172 lariyə bərabər olacaq.
Bu gün isə 1 dolların rəsmi məzənnəsi 3.1761 lari təşkil edib. Bu günkü məzənnə ilə dollar 0.0589 GEL ucuzlaşıb.
