19 
Fev
2022
13:51
419

Polis Batumidə 4 nəfəri saxladı

Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən kompleks intensiv əməliyyat-istintaq tədbirləri nəticəsində narkotiklərlə bağlı cinayət törətdiklərinə görə 4 nəfər saxlanılıb.

lnterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Mərkəzi Kriminal Polis Departamentinin, Acara Muxtar Respublikasının Polis Departamentinin, Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin, eləcə də Hava Yükdaşımalarına Nəzarət İdarələrarası Şöbəsinin əməkdaşları birgə apardıqları araşdırmalar nəticəsində Batumi şəhərində əcnəbi vətəndaş- 1993-cü il təvəllüdlü şəxs xüsusilə külli miqdarda narkotik vasitələrinin qanunsuz əldə edilməsi və saxlanmasına görə saxlanılıb.

Məlumata əsasən, onun üzərinə şəxsi baxış zamanı 700 qrama qədər narkotik vasitə olan “Metamfetamin” aşkar edilərək götürülüb.
 
Baş Polis İdarəsinin Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən internet vasitəsilə narkotik vasitələrin qanunsuz dövriyyəsi faktlarının qarşısı alınıb, 2 nəfər tutulub və müxtəlif yerlərdə növbəti dəfə satış üçün yerləşdirilmiş narkotik vasitə götürülüb. Nazirlikdən verilən məlumata görə, külli miqdarda narkotik vasitəni keçirməyə cəhd edən əcnəbilər – 1991-ci il təvəllüdlü və 2000-ci il təvəllüdlü şəxslər olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən 1991-ci il təvəllüdlü şəxsdən əlavə olaraq satış üçün ayrılmış və müxtəlif yerlərə yerləşdirilmiş 400 qram “Mepedrone” və 400 qram “Alfa-PVP” narkotik vasitələr götürüblər. Onun müvəqqəti yaşadığı mənzilə baxış zamanı 10 qram narkotik vasitə götürülüb.

2000-ci il təvəllüdlü şəxsə gəlincə, polis onun müvəqqəti yaşadığı ünvana baxış zamanı 20 qutu kokain götürüb.

Hüquq-mühafizə orqanları, həmçinin sübut kimi 2000-ci il təvəllüdlü şəxs  tərəfindən daha sonra satış üçün müxtəlif yerlərdə yerləşdirilən 16 qutu kokain götürüblər.

Polis həmçinin 1992-ci il təvəllüdlü şəxsi Tbilisidə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin alınması və saxlanması ittihamı ilə saxlayıblar, Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan şəxsin yaşayış evinə baxış zamanı 50 qram “metadon” aşkar edilərək götürülüb.

Cinayətlər 20 ilə qədər və ya ömürlük həbs cəzasını nəzərdə tutur.
Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü hissəsinin “A” bəndi ilə xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz alınması, saxlanması və satışına cəhdlə bağlı, 6-cı maddənin 6-cı hissəsinin “a” yarımbəndi, habelə 19-260-cı maddənin 1-ci, 4-cü və 7-ci hissələri ilə araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər