19 
Fev
2022
10:58
664

Gürcüstanda son 24 saat ərzində koronavirusa yoluxma sayı açıqlandı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 13 288 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 1 539 493 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 21 183 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 1 369 764 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 51 nəfər ölüb və ölənlərin ümumi sayı 15 822 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər