"Gürcüstanda 72 uşaqda koronavirus infeksiyası aşkar edilib".
InterPress.ge xəbər verir ki, bu barədə brifinqdə Milli Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib.
O qeyd edib ki, 723 uşaq koronavirusla bağlı müayinədən keçirilib, onlardan 0-dan 14 yaşadək 72 uşaqda koronavirus aşkarlanıb, bu isə ümumi halların 10% -dir. 15-19 yaş arası yeniyetmələr sayı isə (4.4%) 32 nəfər təşkil edir.
