18 
Fev
2022
21:15
731

Almaniyada qanuni məşğulluq proqramı bu il də davam edəcək

Almaniyada 2021-ci ildə başlayan qanuni məşğulluq proqramı bu il də davam edəcək.

InterPress.ge xəbər verir ki, Agentliyin məlumatına görə, 2021-ci ildə Almaniyada bu proqram çərçivəsində ümumilikdə 308 nəfər işlə təmin olunub, 100 minə yaxın vətəndaş isə portalda qeydiyyatdan keçib.

“Gürcüstan işçi qüvvəsinin Almaniya Federativ Respublikasında mövsümi iş ilə bağlı müqavilə heç vaxt vaxt baxımından məhdudlaşdırılmayıb. Müqaviləyə əsasən, Gürcüstan vətəndaşlarının kənd təsərrüfatı sahəsində məşğulluğu 2021-ci ildə stabil olub və həm 2022-ci ildə, həm də növbəti illərdə davam etdiriləcək. Bu il artıq 18 nəfər bu imkandan istifadə edib”, - deyə agentlikdən bildirilib.

İki ölkə arasında imzalanan müqaviləyə əsasən, Gürcüstan vətəndaşlarının Almaniyada müvəqqəti işlə təmin olunması mümkün olub. Almaniyanın əmək bazarında Gürcüstan vətəndaşları 3 ay müddətinə müvəqqəti qanuni işlə təmin oluna bilərlər. Almaniyada mövsümi işlərə ötən il aprelin 1-dən start verilib, fevralın 15-dən isə qeydiyyat mümkün olub. Rəsmi açıqlamalara görə, müvəqqəti işçilər əmək haqqı olaraq saatda 9,5 avro (hesablanmış) alacaqlar. Birinci qrup aprel ayında məşğulluq proqramı çərçivəsində Gürcüstanı tərk etdi. May ayında gedən qruplardan birinin üzvləri ağır iş şəraitindən danışaraq, onlara vəd etdiklərindən qat-qat az maaş aldıqlarını iddia ediblər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər