18 
Fev
2022
16:05
486

Tbilisinin və Batumini hava limanında xarici vətəndaşlar saxlanıldı

Tbilisinin Hava Limanı və Batuminin Hava Limanı gömrük-keçid məntəqələrində Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrük əməkdaşları, Qazaxıstan və Türkiyə Respublikası vətəndaşlarına məxsus  yüklərə baxış zamanı bəyan edilməmiş 46 300 ABŞ dolları və 113 500 BƏƏ dirhəmi aşkar ediblər.

lnterPress.ge xəbər verir ki, bu barədə məlumatı Maliyyə Nazirliyinin Gəlirlər Xidməti yayıb.

Məlumata görə, bəyan edilməmiş  ümumi məbləğ Milli Bankın məzənnəsinə əsasən, 120 359,34 lari təşkil edib.

“Gürcüstanın Gömrük Məcəlləsinin 169-cu maddəsinin 3-cü hissəsinə əsasən, qanun pozucuları  ümumilikdə 23 162,1 lari (bəyan olunmamış məbləğin 10%-i məbləğində) cərimə olunublar”, - deyə Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər