18 
Fev
2022
12:32
634

2021-ci ilin IV rübündə Gürcüstanda işsizlik səviyyəsi azalıb

2021-ci ilin IV rübündə Gürcüstanda işsizlik səviyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz  azalaraq 19,0 faiz təşkil edib.

lnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb.

Hesabata əsasən, 2021-ci ilin dördüncü rübündə şəhər yerlərində işsizlik səviyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz, kənd yerlərində isə 0,2 faiz azalıb.

Kişilər arasında işsizlik ənənəvi olaraq qadınlardan daha yüksəkdir.
 
''2021-ci ilin dördüncü rübündə əmək qabiliyyətli əhalinin (15 yaş və yuxarı) 51,2 faizini işçi qüvvəsi təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz  çoxdur. İşlə təmin olunma nisbəti isə 1,7 faiz artaraq yüzdə 41,5-ə yüksəlib.

İşçi qüvvəsinin iştirak səviyyəsi şəhər yerlərində 0,3 faiz  azalmış, kənd yerlərində isə 3,1 faiz artmışdır. İşlə təmin olunma səviyyəsi şəhər yerlərində 0,9 faiz bəndi, kənd  yerlərində isə 2,7 faiz bəndi artmışdır. 

2021-ci ilin dördüncü rübündə muzdla çalışan işçilərin sayı işçilərin ümumi sayında 67,6 faiz təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz çoxdur. 

2021-ci ilin dördüncü rübündə şəhər yerlərində işsizlik səviyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz , kənd yerlərində isə 0,2 faiz azalıb.

Kişilər arasında işsizlik ənənəvi olaraq qadınlardan daha yüksəkdir. 2021-ci ilin dördüncü rübündə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu rəqəm qadınlarda 1,0 faiz, kişilərdə isə 1,7 faiz  azalıb.

Kişilərdə işçi qüvvəsində iştirak nisbəti qadınlardan daha yüksəkdir. 2021-ci ilin dördüncü rübündə bu rəqəm qadınlarda 40,9 faiz, kişilərdə isə 63,1 faiz təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə işçi qüvvəsində iştirak səviyyəsi qadınlarda 1,4 faiz, kişilərdə isə 1,1 faiz artmışdır.

2021-ci ilin dördüncü rübündə həm qadınlar, həm də kişilər üçün işlə təmin olunma səviyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,5 və 1,9 faiz  artıb", -  deyə məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər