18 
Fev
2022
11:08
525

Liza Tras: "Rusiya uçurumun astanasından geri çəkilməlidir"

''Rusiya təcavüzünün kölgəsi Şərqi Avropanı çoxdan təqib edir, bu gün o, dostumuz Ukraynanı və  həmçinin hamımızın sabitliyini və təhlükəsizliyini təhdid edir''.

lnterPress.ge xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Liz Tras Ukraynaya səfəri zamanı bildirib.

Liz Tras Ukraynanı dəstəklədiyini bir daha təsdiqləyib və Rusiyanın geri addım atmalı olduğunu vurğulayıb.

“Biz Ukraynanı dəstəkləyirik. Rusiyanın bəyanatlarına baxmayaraq, hərbi səfərbərlikdə səngimə əlaməti yoxdur. Hazırda qüvvələrin keçdiyinə dair heç bir sübut yoxdur. Rusiya uçurumun astanasından geri çəkilməlidir", - deyə Liz Tras bildirib. 

O qeyd edib ki, Rusiya iki suveren dövlətin ərazi bütövlüyünü pozmaqda davam edir.

“Prezident Putin 15 il əvvəl Münhen Təhlükəsizlik Konfransında çıxış edəndə NATO-nun genişlənməsinin ciddi təxribat olduğunu demişdi. NATO o vaxtdan bəri Rusiya ərazisinə genişlənməyib, lakin Rusiya iki suveren dövləti işğal edib və onların ərazi bütövlüyünü pozmaqda davam edir", - deyə  Tras bildirib.

Böyük Britaniyanın xarici işlər naziri Rusiyanı diplomatiyaya və gərginliyi azaltmağa çağırıb.

“Mən Rusiyanı diplomatiya yolunu seçməyə çağırıram. Biz danışıqlara hazırıq. Mən Rusiyaya səslənirəm ki  indi gərginliyi azaltmaq və diplomatiyanı seçmək vaxtıdır. Eyni zamanda, biz çox aydın şəkildə bildiririk ki, əgər onlar təcavüz yolunu davam etdirmək qərarına gəlsələr, bunun ciddi nəticələri olacaq”, –  deyə Liz Tras bildirib.

Bizimlə əlaqə saxlayın