Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 14 405 yeni yoluxma halı qeydə alınıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.
Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 1 526 205 nəfərə çatıb.
Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 24 409 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 1 348 581 nəfər təşkil edib.
Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 42 nəfər ölüb və ölənlərin ümumi sayı 15 771 nəfər təşkil edib.
