17 
Fev
2022
21:13
384

Avropa Parlamenti Aİ-nı və onun üzv dövlətlərini Gürcüstanın və Ukraynanın Avropa perspektivini tanımağa çağırır

Avropa Parlamenti Ümumi Xarici və Təhlükəsizlik Siyasətinin (CFSP) həyata keçirilməsinə dair illik hesabata əsasən qətnamə qəbul edib.

InterPress.ge xəbər verir ki, Qətnamənin mətninə düzəlişin təşəbbüskarı Avropa Parlamentinin deputatı Anna Fotiqa olub.

Qətnamədə Avropa Parlamenti Avropa İttifaqını və onun üzv dövlətlərini Gürcüstanın və Ukraynanın Avropa perspektivini tanımağa çağırır.

“Bir daha vurğulayır ki, Gürcüstan və Ukrayna Aİ Müqaviləsinin 49-cu maddəsinə əsasən Avropa perspektivinə malikdir. Kopenhagen meyarlarına və demokratiya prinsiplərinə riayət etmək, əsas azadlıqlara hörmət etmək, insan hüquqlarına və əsas azadlıqlara hörmət etmək şərti ilə Aİ-yə üzvlük üçün müraciət edə bilər. Buna görə də Aİ və onun üzv dövlətlərini Gürcüstan və Ukraynanın Avropa perspektivini tanımağa çağırır. Bu ölkələrin təhlükəsizliyi və sabitliyi üçün həyati əhəmiyyət kəsb edir və bu onların daxili islahatları həyata keçirməsi üçün hərəkətverici qüvvədir", - düzəlişdə deyilir.

Bizimlə əlaqə saxlayın