17 
Fev
2022
14:57
344

Gürcüstanda 5-12 yaş arası uşaqlar da peyvənd ola bilər

''Biz 5-12 yaş qrupu üçün Pfizer peyvəndinin tədarükü üzərində işləyirik və düşünürük ki, bu peyvənd tezliklə, ikinci rübün əvvəlindən ölkədə mövcud olacaq''.

lnterPress.ge xəbər verir ki,  bu barədə jurnalistlərə səhiyyə nazirinin müavini Tamar Qabunia bildirib.

Qabunianın sözlərinə görə, Pfizer şirkətinin istehsal etdiyi  dərmanın  idxalı istiqamətində işlər aparılır.

''Bu şəraitdə kovid infeksiyasının müalicəsi üçün bu gün ən çox diqqət Pfizer  sirkəti tərəfindən istehsal olunan bir dərman olan Paxlovidə verilir, biz bu istiqamətdə işləyirik. Müqavilə öhdəliyi ilə əlaqədar bu gün təfərrüatları dəqiqləşdirə bilmərəm, lakin dərmanın ölkəyə nə vaxt daxil olacağına qısa müddətdə aydınlıq gətirə biləcəyik", - deyə Qabunia bildirib. 

Onun sözlərinə görə, əhalinin peyvənd proqramı ilə əhatə olunması mühüm prioritet olaraq qalır hansı ki bu mərhələdə, , omikronun sürətli yayılması səbəbindən ləngiyir. 

“ Problem odur ki, sona çatacaq omikron dalğası bizim üçün sabitləşmə dövrünün başlanğıcı ola bilər və bizim  bir daha yeni problemlərlə üzləşməməyimiz üçün əsas, kritik proses bu mərhələdə nisbətən yavaş olan peyvənd proqramıdır, bu omikronun çox aktiv yayılması ilə izah edilə bilər, bir çox insan cari dövrdə yoluxmuşdur və peyvənd haqqında qərarını dəyişdirmiş ola bilər, lakin , gələcəkdə peyvənd proqramı prioritet olaraq qalır. Əhalinin, xüsusilə yaşlıların, xroniki xəstəlikləri olan insanların buster doza ilə peyvənd  olunması vacibdir və bu istiqamətdə işlər davam etdiriləcək”, -  deyə Qabunia bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər