17 
Fev
2022
13:30
1751

Gürcüstanda yanacağın qiyməti yenidən artacaq - AÇIQLAMA

Gürcüstanda yanacağın qiyməti 4 lariyə qədər arta bilər.

lnterPress.ge xəbər verir ki, bu barədə Neft İdxalçıları Assosiasiyası məlumat verib.

İqtisadçılar bu proqnozu neftin bahalaşması tendensiyası və milli valyutanın beynəlxalq bazarda ucuzlaşmasına əsaslanaraq verirlər.

Neft İdxalçıları Assosiasiyası nisbətən ehtiyatlı proqnoz verir və yaxın gələcəkdə 4-5 tetri qiymət artımının gözlənildiyini bildirir.

"Ümumiyyətlə, beynəlxalq yanacağın qiymətləri ilə bağlı vəziyyət kifayət qədər çətindir. Müşahidə edirik ki, son vaxtlar qiymətlər durmadan artmaqdadır, ilin əvvəlindən həm benzinin, həm də dizel yanacağının orta beynəlxalq qiyməti ton üçün 22% artıb. Gözlənilən artım yaxın gələcəkdə 4-5 tetri ola bilər'', - deyə Neft İdxalçılar İttifaqının sədri  Vano Mtvralashvili bildirib.

İqtisadçı ekspert Oto Abesadze qeyd edir ki, bu ayın sonunda yanacağın qiyməti orta hesabla 30 tetri artacaq, bu ilin ikinci rübündə isə qiymət 3,50 tetri ilə  4 lari arasında dəyişəcək.

Bizimlə əlaqə saxlayın