Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 15 644 yeni yoluxma halı qeydə alınıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.
Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 1 511 800 nəfərə çatıb.
Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 24 110 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 1 324 172 nəfər təşkil edib.
Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 46 nəfər ölüb və ölənlərin ümumi sayı 15 729 nəfər təşkil edib.
