İstintaq Xidməti saxta pul hazırlamaq və satmaq faktı üzrə iki nəfəri yaxalayıb
İstintaq Xidməti saxta pul hazırlamaq və satmaq faktı üzrə iki nəfəri yaxalayıb.
InterPress.ge xəbər verir ki, bu barədə
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat verib.
İstintaq Xidmətinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri və istintaq hərəkətləri nəticəsində bir qrup şəxs tərəfindən ilkin razılıq əsasında saxta pul hazırlayıb satmaq faktı üzrə 2 nəfəri saxlayıblar.
İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər qanunsuz maddi səmərə əldə etmək məqsədilə saxta 100 larilik əskinas hazırlayıblar, sonradan Tbilisi və Rustavi şəhərlərində 8 müxtəlif ticarət obyektində müsadirə ediliblər.
Aparılmış istintaq hərəkətləri nəticəsində təqsirləndirilən şəxslərin evindən əlavə olaraq 27 ədəd 100 larilik və 7 ədəd saxta 50 larilik əskinaslar, habelə kompüter avadanlığı və onların hazırlanması üçün nəzərdə tutulmuş müvafiq köməkçi texniki vasitələr götürülüb.
Faktla bağlı Gürcüstanın Cinayət Məcəlləsinin 212-ci maddəsinin 2-ci hissəsi ilə istintaq davam edir. Maddə 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


