16 
Fev
2022
22:51
2611

3 azyaşlı məktəbliyə cinsi təcavüz edən təqaüdçü həbs olundu

Məktəblilərə cinsi təcavüzə görə həbs edilən 65 yaşlı kişi bu gün məhkəmə tərəfindən on il müddətinə azadlıqdan məhrum edilib.

InterPress.ge xəbər verir ki, hadisə Tbilisidə baş verib.

Məlum olub ki, 65 yaşlı təqaüdçü sistematik olaraq üç məktəblini cinsi istismara məruz qoyub. Qurbanlardan biri də kişinin qohumudur.

İlk qurbanlardan birinin- 10 yaşlı qızın ailəsi təqsirləndirilən şəxsin kirayəçisidir.

İş materiallarında təqaüdçünün məktəblini iki il ərzində zorakılığa məruz qoyduğu müəyyən edilib.

Daha bir azyaşlı 65 yaşlı kişinin törətdiyi əxlaqsız əmələ görə zərərçəkmiş statusuna malikdir. Məlum olub ki, kişi sistematik şəkildə uşağa cinsi və psixoloji zorakılıq edib.

Təqaüdçü bu qərardan Apellyasiya Məhkəməsinə şikayət versə də, 10 il həbsdə yatmalı olacaq.

Bizimlə əlaqə saxlayın