Dövlət və özəl sektorda çalışanların nəzərinə! Səhiyyə Nazirliyi bəyanat yayır
Uzunmüddətli tibbi nəzarətə ehtiyacı olmayan və təcrid müddəti 7-8 günlə məhdudlaşdırılan COVID-19 xəstələri iş yerində xəstəxanadan arayış vərəqi əvəzinə sürətli və ya PCR test nəticəsi təqdim edə bilərlər.
lnterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, xəstə qeyd olunan araryış vərəqini laboratoriya xidməti göstərən müəssisədə ala bilər. Arayış həmçinin Georgia E-health proqramından əldə oluna bilər.
“Mövcud qanunvericiliyə əsasən, qeyd olunan arayış təqdim edildikdə, yoluxmuş şəxslər üçün cari ilin fevral ayının 4-dək əmək qabiliyyəti müddəti 8 gün, fevralın 4-dən sonra isə 7 gün hesab edilir.
İstisnalar strateji qurumların (tibb və ümumi təhsil müəssisələri, Daxili İşlər, Ədliyyə, Müdafiə, Maliyyə nazirlikləri və onların sistemləri, Prokurorluq, Təhlükəsizlik Xidməti) əməkdaşlarıdır. Testin cavabı müsbət olarsa, onların əmək qabiliyyətinin itirilməsi müddəti yeni karantin və təcrid qaydalarına əsasən müəyyən ediləcək. Dəyişiklik artıq qüvvəyə minib və özəl və ya dövlət sektorunda işləyən istənilən şəxsə şamil edilir”, - deyə məlumatda bildirilir.


