Məktəblərdə yaz tətili vaxtından əvvəl başlaya bilər
Məktəblərdə yaz tətili vaxtından əvvəl başlaya bilər. Buna səbəb ölkədəki epidemiyadır.
lnterPress.ge xəbər verir ki, məktəblərin vaxtından əvvəl bağlanması ilə bağlı tövsiyəni səhiyyə üzrə ekspert, professor Devi Tabidze verib.
“Uşaqlara yönəldilmiş təhsil prosesini tez bir zamanda bağlamaq lazımdır, çünki bunun ardınca məzuniyyət gələcək. Mənim şəxsi tövsiyəm odur ki, təhsili bir az əvvəl dayandırıb, qarşıdan gələn bayramlara keçək. Bu bizə bir az vaxt verəcək.
Onun fikrincə, ümumi epidemioloji vəziyyət çox ağır addımlarla da olsa, yaxşılaşır. Ölənlərin sayına gəlincə, Devi Tabidzenin sözlərinə görə, bu rəqəm hələ də dəyişməzdir.
“Bir daha təkrar edirəm ki, bu, Covid infeksiyasının sonu olmayacaq. Ən əsası bu xəstəliyi hansısa endemik xəstəliyin formasına çevirməkdir. Bu virusla yaşamalı olduğumuz barədə əvvəlki fikrimizi xatırlayaq",- deyə Tabidze bildirib.


