16 
Fev
2022
12:59
4406

Bu şəxslərə dövlət 4000 lari ayıracaq

Bu il Gürcüstana qayıdan miqrantlar üçün maddi həvəsləndirmə proqramına start verilib.

lnterPress.ge xəbər verir ki,  bu  barədə məlumatı  Qaçqınlar, Ekomiqrantlar və Dolanışığın Təminatı Agentliyi məlumat yayıb.

Məlumata görə Agentlik geri qayıdan miqrantların reinteqrasiyası üzrə dövlət proqramı çərçivəsində müraciətlərin qəbuluna başlayıb.

Söhbət ötən il elan edilmiş  başqa ölkədə qeyri-qanuni yaşayan miqrantlara maksimum 4000 lari qrantla yardım göstərən dövlət proqramından gedir. Geri qayıdan vətəndaşlar qrant şəklində avadanlıq və ya alətlər alacaqlar. 

Proqramın məqsədi mühacirətdən qayıdan Gürcüstan vətəndaşlarının reinteqrasiya prosesinə dəstək verməkdir. 
 
“Bu mərhələdə gəlirlərin yaradılması, işlə təmin olunmağa və özünü işlə təmin etməyə təşviq  üçün 100-ə qədər layihə maliyyələşdiriləcək. Geri qayıdan miqrantlar öz bizneslərinə başlamaq və ya genişləndirmək üçün lazım olan inventar, avadanlıq və ya alətləri seçəcəklər. 

Bu il proqram çərçivəsində müraciətlərin qəbulunun ikinci mərhələsi elan olunacaq. 2022-ci ildə qrant ümumilikdə 200-ə qədər miqrant alacaq. 

Proqramda bir ildən artıq qeyri-qanuni olaraq xaricdə olmuş və ya sığınacaq üçün müraciət etmiş, və ya sığınacaqdan istifadə edərək son 12 ayda vətənlərinə qayıdan Gürcüstan vətəndaşları və  Gürcüstanda daimi yaşamaq hüququ olmayan  vətəndaşlığı olmayan şəxslər iştirak edə bilərlər”, - deyə nazirlikdən bildirilib.

Müraciətlərin qəbulu Agentlik və onun ərazi bölmələrində martın 9-dək davam edəcək:

• Tbilisi, Tamaraşvili küç. N15a;
• Qori, Sameba küç. N1;
• Rustavi, Kostava küç. N20;
•  Kutaisi, Abaşidze pr. N27;
• Zuqdidi, Ağmaşenebeli küç. N106.

Müraciət həmçinin Agentliyin [email protected] elektron ünvanına göndərilə bilər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər