16 
Fev
2022
11:50
418

DİN əməkdaşları tərəfindən 8 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Tbilisi, Mçxeta-Mtianeti və Şida Kartli bölgələrində qanunsuz olaraq odlu silah və döyüş sursatlarının əldə edilməsi, saxlanması və gəzdirilməsi ilə məşğul olan 8 nəfər saxlanılıb.

lnterPress.ge xəbər verir ki,  bu  barədə məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb. 

Məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən qanunsuz odlu silah və döyüş sursatı maddi sübut kimi götürülüb.

''Mərkəzi Kriminal Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 1975-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş G.İ. saxlanılıb. Polis saxlanılan şəxsin mənzilinə baxış zamanı “Naqan” sistemli odlu silah və 14 ədəd patron götürüb.

Patrul Polis Şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah-sursat əldə etmək və saxlamaqda şübhəli bilinən 1984-cü il təvəllüdlü S.O- nu saxlayıblar.

Saxlanılan şəxsin üzərindən yoxlama zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən sübut kimi TT markalı odlu silah, patron və 5 ədədə yaxın əşya götürülüb.

Tbilisi Polis İdarəsinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmək, saxlamaq və gəzdirmək ittihamı ilə əvvəllər müxtəlif cinayətlər törətməkdə təqsirli bilinən 1995-ci il təvəllüdlü A.M- nı saxlayıblar.

Polis hakimin hökmünə əsasən saxlanılan şəxsin avtomobilinə baxış keçirərkən 1 ədəd Makarov sistemli tapança və 9 ədəd patron götürüb.

Tbilisi Polis İdarəsinin əməkdaşları analoji cinayət törətdiyinə görə 1985-ci il təvəllüdlü A.J- ni saxlayıblar. Polis onun mənzilinə baxış zamanı tapança, revolver və 25 ədəd patron götürüb.

Tbilisi Polis İdarəsinin Baş İstintaq Bölməsinin əməkdaşları həmçinin qanunsuz olaraq odlu silah və döyüş sursatı almaq və saxlamaq ittihamı ilə 1978-ci il təvəllüdlü R.K.-ni  və  1969-cu il təvəllüdlü  K.K.- ni saxlayıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları R.K.nin mənzilinə baxış zamanı 1 ədəd ''Smit Vanson'' markalı tapança və 23 ədəd patron, K.K.-nın mənzilinə baxış zamanı isə ''Keze'' sistemli odlu silah və döyüş sursatı aşkar ediblər. 

Şida Kartli Polis İdarəsinin Kaspi rayon bölməsi və Mərkəzi Kriminal Polis İdarəsinin əməkdaşları birgə keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah və döyüş sursatı almaq-saxlamaq-daşıma ittihamı ilə  1984-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş A.K.-nı saxlayıblar.

Hüquq-mühafizə orqanları tərəfindən təqsirləndirilən şəxslərin idarə etdiyi avtomobilə baxış zamanı maddi sübut kimi 1 ədəd “Naqan” sistemli odlu silah və 7 ədəd patron götürülüb.

Odlu silah-sursatın qanunsuz saxlanılması faktı üzrə Mtsxeta-Mtianeti Polis İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri çərçivəsində 1988-ci il Saquramo şəhərində anadan olmuş K.L ni  saxlayıblar.

Saxlanılan şəxsin mənzilinə baxış zamanı polis maddi sübut kimi 1 ədəd ağız dolu tapança, 2 ədəd patron və 10 ədəd kiçik çaplı tüfəng patronu götürüb.

Cinayətlər 4 ildən 7 ilə qədər həbs cəzasını nəzərdə tutur.

Qeyri-qanuni odlu silah və döyüş sursatı əldə etmə, saxlama və gəzdirmə faktları ilə bağlı  Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələri ilə  istintaq işi aparılır”, - deyə Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər