Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 15 315 yeni yoluxma halı qeydə alınıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.
Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 1 496 156 nəfərə çatıb.
Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 10 894 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 1 300 062 nəfər təşkil edib.
Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 55 nəfər ölüb və ölənlərin ümumi sayı 15 683 nəfər təşkil edib.
.jpg)