Potidə kanalizasiya borusunu təmizləyərkən körpə cəsədi tapan usta hadisənin təfərrüatlarını danışır
Potidə kanalizasiya borusunu təmizləyərkən körpə cəsədi tapan usta polis tərəfindən dindirilib.
InterPress.ge xəbər verir ki, o, baş verənlərin təfərrüatları haqda danışır.
“Məni günahkar olduğu iddia edilən ailə çağırdı. Sonra özləri polisə müraciət etdilər. Gedib baxanda anladım ki, içəridə, xüsusən də zirzəmidə problem var. Borunu açdım və körpənin cəsədini tapdım. Cəsədə toxunmadım. Körpəni görəndə qadın qışqırmağa başladı, nə bilim, başqasını günahlandırdı. Qadına dedim ki, həyat yoldaşına zəng et, çünki evdə yox idi. Gəldi və polisə zəng etdi. Mən artıq polisə ifadə vermişəm. "dedi usta Dato Kongaria.
Xatırladaq ki, dünən Potidə, məcburi köçkün qəsəbəsində kanalizasiya borusunda yaranan problemdən dolayı usta çağırılıb və boruya baxış keçirilən zaman orada körpə uşaq meyidi tapılıb.
Məlumata görə, kanalizasiya borusundan tapılan yeni doğulmuş körpənin anası hüquq-mühafizə orqanları tərəfindən artıq müəyyən edilib.


