15 
Fev
2022
15:38
410

ÜST: "Yeni ştamlar yarana bilər"

''Dünyada pandemiya hələ bitməyib və yeni ştamlar yarana bilər''.

lnterPress.ge xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının direktoru bildirib

''Virusun necə inkişaf etdiyini, mutasiyanı gördük, buna görə də narahatlığa səbəb olan daha çox ştamın olacağını bilirik. Buna görə də biz hələ pandemiyanın sonuna yaxınlaşmamışıq”, - deyə agentlik rəhbəri bildirib. 

O, bir daha əhaliyə çağırış edərək peyvənd indi ən yaxşı həll yolu olduğunu və bu halda biz pandemiyaya son qoymaq üçün əlimizdən gələni etməyin vacib olduğunu qeyd etdi.

Xatırladaq ki, hazırkı mərhələdə bir neçə Avropa ölkəsi maskanın açıq yerlərdə istifadəsini qadağan edib və müxtəlif məhdudiyyətləri aradan qaldırıb, bir neçə ölkə isə omikron ştammını ümumilikdə mövsümi virus elan edib.

Bizimlə əlaqə saxlayın