15 
Fev
2022
12:07
309

Telavidə ər- arvadı qətlə yetirən şəxs yaxalandı

Polis Batumidə Kondoli kəndi yaxınlığında ər-arvadın qətlində və azyaşlı uşağı qanunsuz olaraq azadlıqdan məhrum etməkdə ittiham olunan şəxsi yaxalayıb.

lnterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.

Nazirlikdən verilən məlumata görə, cinayət 16 ildən 20 ilə qədər və ya ömürlük həbs cəzasını nəzərdə tutur.

''Daxili İşlər Nazirliyinin Kaxeti Polis İdarəsinin, Acara Muxtar Respublikasının Polis İdarəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən iki nəfəri qəsdən  öldürməkdə və  azyaşlı uşağı  qanunsuz olaraq azadlıqdan məhrum etməkdə ittiham olunan  1987-ci il təvəllüdlü Q.Q  Batumidə həbs edilib. Cinayət  16 ildən 20 ilə qədər və ya ömürlük həbs cəzasını nəzərdə tutur. İstintaq  nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxs bu il fevralın 10-da Telavi bələdiyyəsinin Kondoli kəndi yaxınlığındakı fermada işləyən cütlüklə - Q.G. və M.Z ilə mübahisə edib. Q.Q. onlardan pul istəyib, lakin rədd cavabı aldıqdan sonra ov tüfəngi ilə hər ikisini güllələyərək öldürüb. Təqsirləndirilən şəxs yeniyetməni qanunsuz olaraq azadlıqdan məhrum edib, onu kəndirlə bağlayıb və hadisə yerindən qaçıb. Polis əməkdaşlarının həyata keçirdikləri intensiv əməliyyat-istintaq tədbirləri nəticəsində Q.Q. yaxalanıb.  Faktla bağlı Gürcüstanın Cinayət Məcəlləsinin 109 və 143-cü maddələri ilə istintaq aparılır”, -  deyə məlumatda bildirilir. 

Xatırladaq ki, prokurorluq tərəfindən fevralın 12-də Telavi rayonunun Kondoli kəndində G.G yə qarşı qiyabi ittiham aktı irəli sürülüb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər