Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 19 049 yeni yoluxma halı qeydə alınıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumat stopcov.ge saytında qeyd olunub.
Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 1 480 841 nəfərə çatıb.
Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 18 409 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 1 289 168 nəfər təşkil edib.
Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 51 nəfər ölüb və ölənlərin ümumi sayı 15 628 nəfər təşkil edib.
